Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edirlər.
Tədbir çərçivəsində regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.
Qeyd edək ki, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. BAKU.WS xəbər verir k...