Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş keçirilib - YENİLƏNİB - VİDEO

"Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur".
Baku.ws Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.
***20:30
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində bildirib.
Ətraflı məlumat verəcəyik.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...
