Azərbaycan Prezidentinin Ağ Evdəki görüşləri canlı yayımlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.
Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
ABŞ Prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O həmçinin bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.
Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı keçidlərdən canlı izləmək olar:
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb...