Azərbaycan Prezidenti Tomas Baxı təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Bax,
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk. Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...