Azərbaycan Prezidenti iranlı həmkarını milli bayram münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik məktubu göndərib.BAKU.WS xəbər verir ki, dövlət başçısı tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. “Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Prezident Həsən Ruhaniyə cansağlığı, işlərində uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyib.
Oxşar xəbərlər
İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə Avstraliya Günü münasibətilə təbrik məktubu göndərib. BAKU.WS xə...