Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
***12:58
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.
BAKU.WS xəbər verir ki, AZƏRTAC məlumat yayıb.
***12:40
Bu dəqiqələrdə Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Oxşar xəbərlər
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
"Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, ölkədə ikinci Mart Soyqırımı törədiləcəkdi və Bakı əbədiyyən əlimizdən çıxacaqdı". Bu sözləri Baku TV-yə açıqlaması...
