Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşündə deyib.
"Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə", - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı xatırladıb ki, iki həftə bundan əvvəl biz Silahlı Qüvvələr Günü qeyd etmişik: "Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq".
Oxşar xəbərlər
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayon...