Azərbaycan-Özbəkistan münasibətlərində iki ölkə prezidenti arasında dostluq xüsusi əhəmiyyət daşıyır - RƏY
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və gələcək əməkdaşlığın perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir.
BAKU.WS xəbər verir ki, bunu "Reporta" Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat qeyd edib ki, dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin çərçivəsi ilə məhdudlaşmır.
"Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan–Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib".
Onun fikrincə, bu prosesdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyev arasındakı dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır.
"Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir", - o deyib.
Deputat bildirib ki, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Milli Məclisin üzvü hesab edir ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır:
"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir".
S.Salmanova söyləyib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur:
"Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir".
Oxşar xəbərlər
Britaniya səfiri: "Londonda Azərbaycan dilini öyrənərkən BAKU TV-nin xəbərlərinə baxırdım"
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycan dilini öyrənməsi barədə danışıb. Baku TV-nin məlumatına görə, səfir bildirib ki, Londonda Azər...