Azərbaycan Ordusunun Naxçıvanda təlimləri davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələri ilə keçirilən komanda-qərargah təliminin növbəti mərhələsində qərargahlar tərəfindən hər an dəyişən əməliyyat şəraitinə uyğun qısa müddətdə qərarların qəbul edilməsinə və bölmələrə çatdırılmasına xüsusi diqqət yetirilib.
BAKU.WS xəbər verir ki, qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib.
Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib. Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.
Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək davam edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. BAKU...