Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
09
apr
2025
08:20
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər"
Vatikanın informasiya agentliyi olan "Vatican News" nəşrində erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər. BAKU.WS xəbər ve...