Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib

Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib
Foto
Siyasət 209

Yanvarın 21-də minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qusar rayonunda dəfn olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, əsgər Cavadov Rəşad Fərzəli oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Hil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!

Son xəbərlər