Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda birincilik uğrunda mübarizə aparıb.Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Komanda hesabında 1-ci yerdə "Quru Qoşunları" komandası, 2-ci yerdə "Hərbi polis" komandası, 3-cü yerdə isə "Təlim və Tədris Mərkəzi" komandası qərarlaşıb.
Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.
Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
