Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür edib

Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq", - diplomat yazıb.
Today, #NATO bids farewell to Secretary General @jensstoltenberg. We extend our sincere gratitude for your contribution to the Azerbaijan-NATO partnership and your unwavering support for Azerbaijan's #sovereignty and #territorialintegrity throughout your distinguished tenure.
— Jafar Huseynzada 🇦🇿 (@JafarHuseynzade) October 1, 2024
We… pic.twitter.com/NcdTuUVJ3p

Oxşar xəbərlər
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...