Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

14
may
2022
15:39
Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Qarabağdakı qanunsuz erməni dəstələri heç bir səbəb olmadan mövqelərimizi atəşə tutdu - Nazirlik
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd...
