Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub.
BAKU.WS xəbər verir ki, müvafiq qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.
Qərarda deyilir: "Azərbaycan tərəfinin müraciətini nəzərdən keçirərək qərara alınıb ki, Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin".
Mərkəzi Asiya dövlətləri xarici işlər nazirlərinin müşavirəsinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb.
Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
Oxşar xəbərlər
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən, vaxtilə konsert və müxtəlif tədbirlərin keçirildiyi mədəniyyət evi hazırda baxımsız vəziyyətdədir. Binanın divarlar...