Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib - YENİLƏNİB + FOTO

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib - YENİLƏNİB + FOTO
Siyasət 67

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

***11:11

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib - YENİLƏNİB + FOTO

Üç nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin yeddi nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə doqquza çatdırılıb.

Photostock.az qurultayda baş verənləri lentə alıb.

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib - YENİLƏNİB + FOTO

Daha çox foto burada: Photostock.az

*** 10:20

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

*** 10:06

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

*** 09:21

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

Son xəbərlər