Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu kompleksin adı "Böyüyün ətəyində" mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.
Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.
Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.
Oxşar xəbərlər
Türk dünyasının iki mərkəzi: Bakı və Daşkənd yeni regional güc formalaşdırır
"Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün ortaq siyasi iradəyə, qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanan müttəfiqlik modeli...