Azərbaycan hərbçiləri BƏƏ-yə getdilər
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq "Sülh Qalxanı – 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.
Qeyd edək ki, "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağır...