Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
08
iyl
2026
16:06
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.
Sərəncamla Anar Axundov - Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.
Oxşar xəbərlər
BMT-də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu vurğulanıb
BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolu...