Azərbaycan Bosniya və Herseqovina ilə itkin düşmüş şəxslərlə bağlı memorandum imzalayıb
Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
Donald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-n...