Azay Quliyev: “Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Vətən müharibəsinin bitməsindən indiyə qədər 301 nəfər azad olunmuş ərazilərdə minaya düşüb”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Tərtərdə baş verən mina partlayışı ilə əlaqədar danışarkən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib. O, QHT rəhbərləri ilə mina terrorunu müzakirə edib:
“Ermənistanın mina terroru nəticəsində 57 nəfər həyatını itirib. Görünür ki, Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır. İrəvan mina xəritələrini vermir. Mülki əhaliyə və ölkəmizə qarşı yönələn bu terroru pisləyirik. Beynəlxalq təşkilatları buna cavabsız qalmamağa çağırırıq”.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...