Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək. Q.Yetirmişli dövlət qurumlarından müvafiq icazələrin verilməsindən sonra seysmoloqların əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçirəcəklərini vurğulayıb.
Alim bildirib ki, seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı nəzərdə tutulur.
Alim həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyaların olduğunu bildirib: “Bildiyiniz kimi, ermənilər işğal olunmuş ərazilərdə hər şeylə vəhşi kimi davranıblar.
Bizim hər şeyimizi - maddi mədəniyyət, tarixi abidələrimizi, evləri, eləcə də bütün digər infrastrukturu dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...