Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlar qurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə keçirilən görüşdə deyib.
Söhbət zamanı Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin təşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
Marina Silva: COP30-un uğurlu keçirilməsi üçün Bakıdakı COP29-da səyləri birləşdirmək lazımdır
Qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, Braziliyada COP30 konfransının uğurla keçirilməsi üçün Bakıdakı COP29-da yekun razılaşmaya gəlmək və səyləri birl...