Avstriya prezidenti İlham Əliyevi təbrik etdi

Avstriya prezidenti İlham Əliyevi təbrik etdi
Siyasət 94

Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

BAKU.WS xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram".

Son xəbərlər