Avstriya Çinə bütün uçuşları dayandırıb

29
yan
2020
20:58
“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.
BAKU.WS xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.
Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.
Oxşar xəbərlər
Dünya iqtisadiyyatı tarixi fəlakətlə üz-üzədir - 500 milyard dollar
Çinin Uhan şəhərini cənginə alan və bir neçə ölkədə də yoluxma faktı qeydə alınan koronavirusla bağlı bütün dünyada həyəcan təbili çalınır. BAKU.WS xəbər verir...
