Avropa Parlamentinə keçirilən seçkilərdə kim qalib gəldi? - İlkin nəticələr
27
may
2019
11:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Parlamentinə (AP) keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.BAKU.WS xəbər verir ki, ilkin nəticələrə görə, Avropa Xalq Partiyası (AXP) 178 mandat əldə edib.Sosialistlər və Demokratların Tərəqqi İttifaqı (SDTİ) 152 yerlə ikinci pillədədir. Avropa naminə Liberallar və Demokratlar İttifaqı isə isə 108 mandat qazanıb.Fransada Marin Le Penin partiyası - Milli Birlik az fərqlə birinci olsa da, Avropa Parlamentinə bundan əvvəlki (2014) seçkilərlə müqayisədə daha az səs alıb.
“Almaniya üçün Alternativ”in (AfD) topladığı səs artsa da, Bundestaqa son seçkilərlə müqayisədə faiz nisbəti aşağı olub. Yalnız Belçikada millətçi flamand partiyası ciddi səs qazanıb.Seçkilərin nəticələrini şərh edən politoloq Şahin Cəfərli qeyd edib ki, millətçilər və avroskeptiklər gözlənilən və qorxulan səviyyədə uğur qazana bilmədilər.Ekspertin sözlərinə görə, avroskeptiklərin irəliləyişi İtaliyada iqtidarda olan “Liqa”nın (M.Salvini) və Britaniyada “Brexit” Partiyasının (N.Farac) hesabına əldə olunub:“Lakin Britaniyanın AB-dən çıxmasından sonra bu ölkənin təmsilçiləri parlamenti tərk edəcək və qurumda avroskeptiklərin sayı azalacaq. Beləliklə, Avropada ənənəvi partiya və qrupların böyük üstünlüyü davam edir.
Yeganə fərq bu oldu ki, Avropa Parlamentinin ən böyük qrupları olan Avropa Xalq Partiyası və sosial-demokratlar bu dəfə çoxluq yarada bilməyəcəklər və üçüncü ortağa - liberallara və ya yaşıllara ehtiyac duyacaqlar.Yeri gəlmişkən, yaşıllar Almaniyada ciddi uğur qazanaraq 2-ci oldular, Fransada da səslərin artırdılar”.Ş.Cəfərli vurğulayıb ki, problemlərə və məyusluqlara baxmayaraq, Avropada birlik ideyası və liberal düzən hələ də alternativsiz olaraq qalır:“Rusiya saytlarında seçkilərlə bağlı xəbərlərin aşağılarda yer alması Kremlin nəticələrdən məmnun olmadığını göstərir. Qeyd etmək lazımdır ki, millətçilər və avroskeptiklər Rusiyanın müttəfiqləridir.Məlumat üçün bildirək ki, Kiprdə 5 mindən çox türk adanın rum (yunan) kəsimində keçirilən seçkilərdə iştirak edib və onların köməyi ilə kommunist AKEL partiyasından Niyazi Kızılyürek Avropa Parlamentinə üzv seçilib”.Fərid Ədalət
Oxşar xəbərlər
Prezident İlham Əliyev Brüsseldə Donald Tusk ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.ONA xəbər verir ki, əvvəlc...