ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək
25
may
2018
20:55
ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün "Twitter" səhifəsində yazıb.Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək.Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.BAKU.WS
Oxşar xəbərlər
ATƏT/DTİHB qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb
ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb.Qurumdan APA-ya verilən məlumata görə, m...