Atilla Taşı bu hadisəyə görə həbs ediblər - Polisə hücum edib - ANBAAN VİDEO
Müğənni Atilla Taşın getdiyi məkanda sərxoş olduğu üçün çıxardığı davanın görüntüləri yayılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, videoda sənətçinin məkandan bayıra atıldığı an polis əməkdaşlarına da hücum etdiyi kadrlar əks olunub.
Daha sonra şöbəyə aparılan Atilla orada da davamlı olaraq dava edib.
Xatırladaq ki, məşhur müğənni Atilla Taş həyat yoldaşı Meltem Taşla gecə saatlarında əyləndiyi bir barda hədsiz dərəcədə spirtli içki qəbul etidiyi üçün ətrafdakılara sataşmağa başlayıb. Bundan sonra barın mühafizə xidməti onu məkandan kənarlaşdırıb. Hadisə yerinə İstnabul polis şöbəsinin əməkdaşları çağırılıb.
Atilla polisləri söyüb və təhqir edib. Bundan sonra o, polislərə hücum edərək onları döyməyə cəhd edib. Bundan sonra müğənni tutularaq həbs edilib. Həyat yoldaşı isə sərbəst buraxılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...