ATƏT atəşkəsə riayət etməyə çağırıb

ATƏT atəşkəsə riayət etməyə çağırıb
Siyasət 1977

“Dağlıq Qarabağda tərəfləri dərhal atəşkəs rejiminə qayıtmağa çağırıram”.

BAKU.WS xəbər verir ki, xəbər verir ki, bunu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Edi Rama bildirib.

Bundan əlavə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində toqquşmaların yenilənməsi xəbəri məni narahat edir. APA-nın xəbərinə görə, bunu Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. O, münaqişə tərəflərini substansiv danışıqları bərpa etməyə çağırıb.

“Artıq hər iki tərəfdən də mülki şəxslərin həlak olduğu bildirilir. Mən hər iki münaqişə tərəfini bütün döyüşləri və xüsusilə də şəhərləri, kəndləri top atəşinə tutmağı dərhal dayandırmağa çağırıram. Dağlıq Qarabağ münaqişəsi yalnız müzakirə yolu ilə həll edilə bilər. ATƏT-in Minsk Qrupu həmsədrləri bunun üçün hazırdırlar. Ermənistan və Azərbaycan dərhal zorakı fəaliyyətə son qoymalı və substansiv danışıqlara başlamalıdır”, - deyə Almaniya XİN başçısı qeyd edib.

Polşa Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlıq ifadə edib, Azərbaycan və Ermənistanı münaqişəni diplomatik yolla həll etməyə çağırıb. Bu barədə Polşa XİN-in “Twitter” səhifəsində bildirilib.

“Polşa XİN Dağlıq Qarabağ regionunda hərbi toqquşmalar haqqında məlumatlardan dərin narahatdır. Tərəfləri döyüşləri dayandırmağa, de-eskalasiyaya və Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırırıq”, - deyə qeyd olunub.

Son xəbərlər