“Atam niyyət etdi, adım Fərrux dağı şərəfinə qoyuldu, ad günümdə azad olundu” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Atam Birinci Qarabağ müharibəsində Fərrux dağındakı ağır döyüşlərdə niyyət edib ki, sağ qalsa, adımı Fərrux qoyacaq.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində sosial şəbəkədəki paylaşımı ilə gündəm olan IT layihə meneceri Fərrux Məhərrəmli deyib.
O qeyd edib ki, Fərrux yüksəkliyinin doğum günündə azad olunması gözlənilməz olub və xəbəri də elə ona atası verib.
Fərrux Məhərrəmlinin özü də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.
Müxtəlif dövlət qurumlarında çalışan Fərruxun “ƏDV geri al” layihəsinin həyata keçirilməsində də böyük rolu olub.
Daha ətraflı sujetdə:
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...