Vanqanın 2024-cü illə bağlı QORXUNC PROQNOZU - İqtisadi böhran, kütləvi aclıq...

Geridə qoyduğumuz illərdə dünyada baş verəcək hadisələrlə bağlı kritik proqnozlar verən Vanqanının 2024-cü illə bağlı proqnozları da dünya mediasında ses-küyə səbəb olub.
BAKU.WS xarici KİV-ə istinadən Vanqanın həmin proqnozlarını təqdim edir:
Vanqanın 2024-cü illə bağlı proqnozlarında əsasən Avropada terror hücumları olacağı qeyd edilib. Gələn il xüsusi bir güc bioloji silahlarıtestdən keçirəcək.
2024-cü ildə ölkələrin borcu daha da artacaq və iqtisadi böhran baş verəcək. Atmosferdə artan karbon dioksid dəhşətli istilərə səbəb olacaq. Bu səbəbdən təbii fəlakətlər yaşanacaq.
Hakerlər bir çox ölkənin elektrik, su və digər vacib infrastrukturlarını hədəf alacaqlar. Bir çox ölkədə xaos yaşanacaq.
2024-cü ildə "Alzheimer" və xərçəng xəstəlikləri daxil olmaqla, bir çox xəstəliyin müalicəsində irəliləyiş əldə olunacaq.
Vanqa ölməzdən əvvəl 2025-2028-ci illər aralığında dünyadakı kütləvi aclıq probleminin həll ediləcəyini bildirib.
2076-cı ildə bir çox dünya ölkələri kommunizm sistemi ilə idarə olunacaq. Vanqanın proqnozlarına görə dünyanın sonu 5079-cu ildə gələcək.
1911-ci ildə Makedonyada doğulan Vangelia Pandeva Dimitrova dünyada "Ata Vanga" olaraq tanınır. Həyatının böyük bir hissəsini Bolqarıstanda keçirən Vanqanın mistik güclərə malik olduğu iddia edilir. Vanqanı araşdıran bir çox insan, onun yaxın keçmişində yaşanmış bir sıra əhəmiyyətli hadisələrin illərlə əvvəl baş verdiyini söyləyir. Bu hadisələr arasında 2004-cü ildə Taylandda baş verən sunami və Barak Obamanın ABŞ prezidenti seçilməsi də var.
Oxşar xəbərlər
Xərçəngin müalicəsi tapılacaq, dünya yeni təhlükə ilə üz-üzə qalacaq - Vanqanın 2024 PROQNOZLARI - FOTO
Öncəgörücülüyü ilə dünyanın ən tanınmış kahinlərindən biri olan Vanqanın 2024-cü illə bağlı proqnozları gündəmə gəlib. BAKU.WS xarixi KİV-ə istinadən xəbər veri...
