AŞPA müşahidə missiyası Azərbaycana gəlib
07
fev
2020
15:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.
Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.
Oxşar xəbərlər
TÜRKPA müşahidəçiləri bu gün Bakıya gəlir
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə...