"Aşk-ı Memnu" serialının aktrisası vəfat etdi - FOTO
2008-2010-cu illərdə yayımlanan "Aşk-ı Memnu" serialında Şayeste rolunu oynayan Fatma Karanfil uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşında həyata gözlərini yuman Fatma Karanfilin ölüm xəbərini meneceri yayıb.
Aslı İslamoğlu, "Instagram" hesabından etdiyi paylaşımda, "Dəyərli aktrisamız Fatma Karanfili itirdik. Türk sinema və teatrının hörmətli adlarından, çox dəyərli aktrisamız Fatma Karanfilin vəfatını dərin bir kədər ilə öyrəndik. Sənət həyatı boyunca bir çox uğurlu layihələrdə iştirak edən və çoxlu mükafatlara layiq görülən Fatma Karanfil, yalnızca aktrisalıqla deyil, eyni zamanda zərifliyi, çalışqanlığı və insanlığı ilə də örnək alınan bir isim idi. Bu acı itkinin dərin kədərini yaşayarkən, Fatma Karanfilə Allahdan rəhmət diləyir, başda ailəsi olmaqla bütün sevənlərinə başsağlığı veririk. İşığı heç sönməyəcək, qəlblərimizdə və sənət dünyasında daima parlayacaqdır. Məkanın cənnət olsun, dəyərli Fatma Karanfil. Bütün sənət cameəsinə və ictimaiyyətə duyurulur" ifadələrini istifadə edib.
Qeyd edək ki, Fatma Karanfil 3 fevral 1952-ci ildə Eskişehirdə anadan olub. Təhsilini başa vurduqdan sonra 1968-ci ildə “Səs jurnalı” müsabiqəsində üçüncü yeri tutaraq kino karyerasına başlayıb. 1975-ci ildə Ali Kocatepe ilə evlənən, lakin sonradan ayrılan Karanfil 1976-1980-ci illərdə tekstil təhsili almaq üçün Londona gedib. Ona süd vəzisi xərçəngi diaqnozu qoyulsa da, o, xəstəliyə qalib gələrək 2001-ci ildə səhnəyə qayıdıb.
Qalereya
Oxşar xəbərlər
"Aşkı Memnu"nun aktrisası süni tənəffüs aparatına qoşuldu - FOTO
Türkiyənin reytinqli seriallarından olan "Aşkı Memnu"nun aktrisası Fatma Karanfilin səhhəti pisləşib. BAKU.WS xəbər verir ki, 72 yaşlı Fatmanın müalicə aldığı...