Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn "Borc" tammetrajlı bədii filminin istehsalına başlanılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş "Borc" bədii filminin əsas mövzusu 2-ci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.
Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Binəqədi ray...