Arayik Arutyunyan bu maddələrlə ittiham olunur

Arayik Arutyunyan bu maddələrlə ittiham olunur
Siyasət 2

Qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” olmuş Arayik Arutyunyanın hansı cinayətlərdə ittiham olunduğu məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, cari il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər