Antonio Quterreş İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Cənab Prezident, biz bu çətin vaxtlarda hər bir ölkənin dünyada insanların sağlamlığına verdiyi əhəmiyyətli töhfələri bir daha xatırlayırıq. COVID-19 pandemiyasına qalib gəlməyimiz üçün birgə işlədiyimiz bir vaxtda biz daha davamlı, dayanıqlı və ədalətli cəmiyyətlərin qurulması üçün hərtərəfli bərpa işlərini düzgün həyata keçirməliyik. Biz iqlim dəyişikliyi məsələsi ilə bağlı cəsarətli addımlar atmalı və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.
Sizin Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi, hamı üçün daha gözəl və dinc bir dünyanın qurulması istiqamətində ölkənizin dəstəyinə arxalanıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...