Antalya Diplomatiya Forumu öz işinə başlayır
Türkiyənin Antalya şəhərində aprelin 17-19 tarixlərində Beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) keçiriləcək.
BAKU.WS xəbər verir ki, forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə"dir. Bu mövzu daha yaxşı bir gələcək qurmaq üçün problemləri əvvəlcədən görməyin və onları effektiv şəkildə həll etməyin vacibliyinə diqqət çəkir. Sözügedən konsept imkan və risklərin müəyyənləşdirilməsi, yeni strategiyaların hazırlanması və qazanılmış təcrübənin real fəaliyyətlərə çevrilməsi vasitəsilə inkişaf proseslərini qabaqlamağın zəruriliyini vurğulayır.
"ADF 2026" platforması qərar qəbul edən şəxsləri, liderləri, diplomatları, akademik dairələrin nümayəndələrini, işgüzar aləmin mütəxəssislərini, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirərək, qeyri-müəyyənlikləri ən optimal şəkildə idarə etməyin, təxirəsalınmaz məsələləri həll etməyin və gələcək sınaqlara hazırlaşmağın yollarını axtaracaq. İştirakçılar ikitərəfli görüşlər, interaktiv sessiyalar, panel müzakirələri və açılış nitqləri vasitəsilə regional dinamikaları, qlobal tendensiyaları təhlil edəcək, mümkün həll yolları ətrafında fikir mübadiləsi aparacaq və ən yaxşı təcrübələri bölüşəcəklər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gedib.
Oxşar xəbərlər
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək. BAKU.WS report-a istinadən xəbər ve...