Ancelina Coli Əfqanıstanda baş verənlərə səssiz qalmayıb - FOTO
Hollivud ulduzu Ancelina Coli Əfqanıstanda baş verənlərə səssiz qalmayıb.
BAKU.WS xəbər verir ki, aktrisa şəxsi instaqram hesabı açaraq azyaşlı əfqan qızın ona yazdığı məktubu paylaşıb. Daha əvvəl sosial şəbəkə hesabı olmayan Ancelina insan haqlarını müdafiə edəcək paylaşımlar edəcəyini bildirib. Aktrisa Əfqanıstanı bürüyən qorxu və qeyri-müəyyənlik səbəbilə onların öz doğma yurdlarından didərgin düşməsinə görə böyük təəssüf hissi keçirdiyini bildirib.
O, dünyanın ən bacarıqlı və qabiliyyətli insanları kimi tanıdığı əfqanları başqa ölkələrin yük kimi qəbul etməsini isə “ürəkbulandırıcı” adlandırıb.
Qeyd edək ki, yeni instaqram hesabında sadəcə bir post paylaşan Colinin artıq 4 milyon 400 min izləyicisi var.
Qalereya
Oxşar xəbərlər
Türkiyəli məşhurlardan etiraz: “Xahiş edirik, səsimizi eşidin”
Türkiyədə musiqi sektoruna tətbiq edilən sərt karantin qaydaları yumşaldılmadı. Nəticədə uzun müddətdir bağlı qalan konsert zallarının fəaliyyəti bərpa edilmədi...