Anastasiya Zavorotnyuk vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Anastasiya Zavorotnyuk uzun sürən xəstəlikdən sonra gecə saatlarında dünyasını dəyişib.
Bu barədə onun sosial şəbəkələrdəki səhifələrində məlumat yayılıb.
Qeyd edək ki, Anastasiya Zavorotnyuk,Rusiyanın tanınmış aktrisası və televiziya aparıcısıdır. O, 3 aprel 1971-ci ildə Rusiyanın Astraxan şəhərində doğulub. Zavorotnyuk ən çox, 2004-cü ildə çəkildiyi "Mənim gözəl dayəm" serialındakı baş rolu ilə tanınıb. Bu serial ona böyük şöhrət və populyarlıq qazandırıb.
Son illərdə Anastasiya Zavorotnyukun sağlamlıq problemləri ilə bağlı xəbərlər geniş yayılıb. 2019-cu ildə mətbuatda onun beyin xərçəngi (glioblastoma) ilə mübarizə apardığı barədə məlumatlar yayılmışdı. Bu xəstəlik, ciddi və aqressiv xərçəng növü olaraq tanınırdı. Zavorotnyukun ailəsi onun müalicəsi və sağlamlıq durumu ilə bağlı məlumatları əvvəlcə gizli saxlamağa çalışsa da, sonradan aktrisanın vəziyyəti ilə bağlı bəzi məlumatları ictimaiyyətlə bölüşməyə başlamışdı.
Oxşar xəbərlər
Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir? - FOTO
Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona...