Anaklaudia Rossbax: "Mənzilə yalnız sığınacaq kimi deyil, investisiya və sənaye kimi yanaşmaq vacibdir"

Anaklaudia Rossbax: Mənzilə yalnız sığınacaq kimi deyil, investisiya və sənaye kimi yanaşmaq vacibdir
Siyasət 15

"Mənzilə aid düşüncədə vacib bir yanaşma da var: mənzilə sənaye kimi baxmaq lazımdır. Mənzil çox uzun dəyər zəncirinə malik bir sektordur və bu zəncir həm böyük, həm də kiçik biznesləri əhatə edir".

BAKU.WS xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil təminatı böhrandan çıxış və yenidənqurma prosesinin mərkəzində" adlı sessiyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, əgər mənzilə investisiya qoyulursa, bu, yerli iqtisadi inkişaf üçün multiplikativ təsir yaradır:

"İnsanların gəlirləri artır, cəmiyyətdə müsbət dövr yaranır və eyni zamanda bu, ölkənin ÜDM-ə də təsir göstərir. Ona görə də mənzilə yalnız "sığınacaq" kimi deyil, investisiya və sənaye kimi yanaşmaq vacibdir. Çünki bu düşüncə bərpa və yenidənqurma prosesində əsasdır. Nəticədə həm insanlar, həm də iqtisadiyyat bundan faydalanır və yatırılan vəsait daha böyük dəyər yaradır".

Son xəbərlər