Ana Birçall İranın Azərbaycana hücumunu pisləyib
Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçall İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu pisləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə A.Birçall "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən İranın suveren dövlət olan Azərbaycana hücumunu pisləyirəm. Bu, münaqişənin daha geniş regiona yayılmasıdır. Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhün dayağıdır", - o yazıb.
Birçall həmçinin bildirib ki, gələn həftə qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı XIII Qlobal Bakı Forumunda iştirak edəcək.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
Oxşar xəbərlər
Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bölgənin qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və regional inkişafında mühüm yer tut...