Amsterdamda PKK tərəfdarları türk seçicilərə hücum ediblər - FOTO/VİDEO

Hollandiyanın paytaxtı Amsterdamda PKK terror təşkilatının bir qrup tərəfdarı 14 may seçkilərinə xaricdə səs verən Türkiyə vətəndaşları üçün təşkil edilən seçki məntəqəsində təxribat törədib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hadisə RAİ Konqres Mərkəzində qeydə alınıb.
Məlumata görə, PKK tərəfdarları bəzi "Cumhur İttifakı" müşahidəçilərinə şifahi şəkildə sataşıblar. Daha sonra PKK tərəfdarları fiziki hücumlara başlayıb.
Müşahidəçilər hadisə yerindən uzaqlaşdırılıb.
Hadisə yerinə gələn çox sayda polis dəyənək və itlərlə hücum edən qrupa müdaxilə edib.
Hücuma məruz qalanlara tibb işçiləri yardım göstərib.
Amsterdam'da terör örgütü PKK yanlılarının ve Türk vatandaşlığı bulunmayan kişilerin yer aldığı bir grup, sandık müşahitlerine saldırdı https://t.co/uT6Z2Qrd6z pic.twitter.com/feAnjrKUfF
— ANADOLU AJANSI (@anadoluajansi) May 8, 2023
Qalereya

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...