AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
"Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmanla artıq yeni tipli akademiyanın formalaşması istiqamətində vəzifələrin həyata keçirilməsi bizim qarşımıza əsas məsələ kimi qoyulub. Ona görə də AMEA-da həm struktur islahatları istiqamətində, həm də nizamnamənin yeni struktura uyğun olaraq hazırlanması istiqamətində iş aparılır. Düşünürəm ki, bu, bir neçə mərhələdə müzakirə olunacaq. Yekun sənəd kimi ölkə başçısına təqdim olunacaq", - İ.Həbibbəyli əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...