Alzheimer xəstəsi rolunu canlandıran aktrisa həmin xəstəlikdən vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bütün zamanların ən yaxşı sevgi filmlərindən biri hesab edilən “The Notebook” (2004) filmində Allie obrazının köhnə versiyasını canlandıran Gena Rouland dünyasını dəyişib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Roulands 2019-cu ildən Alzheimer xəstəliyi ilə mübarizə aparırdı.
Bildirilib ki, 94 yaşlı Gena Roulands çərşənbə günü günortadan sonra Kaliforniyadakı evində ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa 1974-cü ildə "Təsir altında olan qadın" və 1980-ci ildə "Qloriya" filmləri ilə "Oskar"a namizəd olub. Maraqlısı ondadır ki, “The Notebook” filmində Alzheimer xəstəsini canlandıran aktrisa həmin xəstəlikdən də vəfat edib.
Oxşar xəbərlər
Xəyallarını qurduğu filmlərə çəkilə bilməyən MƏŞHURLAR - FOTO - SİYAHI
Dünya musiqi aləmində uğurlu müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq da edən məşhurlar var. Cennifer Lopez, Harri Stayl, Rihanna bu qəbildən oln tanınmışlar...