“Alternativ olmadan hökumətin buraxılması mümkün deyil” - İraq Baş naziri

“Alternativ olmadan hökumətin buraxılması mümkün deyil” - İraq Baş naziri
Siyasət 198
İraqın Baş naziri Adil Abdulmehdi ölkədə davam edən kütləvi aksiyalar və etirazçıların tələbi ilə bağlı danışıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, hökumətin buraxılması üçün aksiya keçirən etirazçıların tələblərinin qanuni olduğunu, lakin hökumətin istefaya gedəcəyi təqdirdə problemlərin daha da dərinləşəcəyini söyləyib.A.Abdulmehdi sürətli və çevik alternativ olmadan hökumətin buraxılmasının mümkün olmadığını bildirib:“Hökumətin istefası ölkədə ciddi boşluqların yaranmasına səbəb ola bilər. Keçid hökumətin səlahiyyətlərinin məhdud olması səbəbindən büdcə təsdiqləmək və reformasiyalar həyata keçirmək mümkün olmaz. Siyasi partiyalar alternativ şəxs üçün razılaşma əldə edərlərsə, vəzifəmi dərhal tərk etməyə hazıram”.Baş nazir sözlərinə əlavə edib ki, etirazçıların çağırışlarına qanuni çərçivədə cavab veriləcək.Qeyd edək ki, 1 oktyabrda başlayan və Ərbəin yürüşünə görə dayandırılan etiraz aksiyaları 25 oktyabrdan etibarən yenidən davam etdirilib. Minlərlə insan işsizlik, yoxsulluq və korrupsiyaya görə hökumətə etiraz edir. Polislərlə toqquşmalarda 229 nəfər ölüb, 8 mindən çox insan isə yaralanıb.Fərid ƏDALƏT

Oxşar xəbərlər

Azərbaycan "hökumətin dəyişikliklərə reaksiyasının çevikliyi göstəricisi"ndə liderdir

Azərbaycan "hökumətin dəyişikliklərə reaksiyasının çevikliyi göstəricisi"ndə liderdir

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Hökumətin dəyişikliklərə reaksiyasının çevikliyi” göstəricisində 141...

371 İqtisadiyyat 19:18 05 noyabr 2019

Son xəbərlər