Mesut Özilə qarşı Almaniyada böyük etiraz - Titulları geri alına bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur keçmiş futbolçu Məsut Özilin İsraillə bağlı paylaşımı böyük narahatlığa səbəb olub.
BAKU.WS Ajansspor-a istinadən xəbər verir ki, uzun illər Almaniya yığmasında vurduğu qollar və məhsuldar ötürmələrlə diqqət mərkəzinə düşən Məsut Özil sosial media hesabında xəritədə İsrailin üstündən xətt çəkib və altına “Fələstin” yazaraq paylaşım edib.
Özilin bu paylaşımı Almaniyada böyük narahatlığa səbəb olub. "Bild" qəzeti” “dünya çempionu İsrailin məhv olmasını istəyir" başlığı ilə Özilin paylaşımını qınayıb.
Bəzi alman siyasətçilər də Məsut Özilə verilən dövlət təltiflərinin geri alınmasını tələb ediblər. Lakin onun milyonlarla pərəstişkarı Özili dəstəkləyib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...