Almaniyada güclü qar nəqliyyatı iflic etdi

Almaniyada güclü qar yağması dəmir yolu nəqliyyatının işini iflic edib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə "Deutsche Bahn" nəqliyyat konserninin bəyanatında deyilir.
Hazırda ölkənin Hollandiya ilə dəmir yolu əlaqəsi müvəqqəti dayandırılıb.
"Almaniya ilə Hollandiya arasında şəhərlərarası dəmir yolu əlaqə dayandırılıb. Frankfurt-am-Mayn - Amsterdam və Berlin - Amsterdam marşrutu üzrə qatarlar xidmət göstərmir", - məlumatda deyilir.
Bildirilir ki, qaryağma güclü küləklə müşayiət olunur (saatda 80 km). Bir çox avtomobil trassları bağlanıb. Yalnız Şimali Reyn-Vestfaliyada şənbə axşam və ötən gecə ərzində 200-dən çox yol qəzası qeydə alınıb.
Oxşar xəbərlər
Hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat rekord həddə azalıb
2020-ci ildə dünyada hava nəqliyyatı ilə yük daşımalarında azalmanın sürəti 1990-cı ildən bəri rekord həddə olub. Azalma illik ifadədə 10,6% təşkil edib.BAKU.WS...
