Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.
Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib
Qambiya Respublikasının Prezidenti Adama Barrou azərbaycanlı həmkarı İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. BAKU.WS mək...