Agentliyin sədrinin səlahiyyətləri artırıldı - FƏRMAN

Agentliyin sədrinin səlahiyyətləri artırıldı - FƏRMAN
Siyasət 215

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, bu barədə president.az məlumat paylaşıb.

Məlumata əsasən, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Agentliyin struktur bölmələrinin rəhbərlərini vəzifəyə nazir deyil, qurumun sədri təyin edəcək. Bundan başqa, sədr Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etməyi nazirliklə razılaşdıracaq.

Son xəbərlər