Agentlik sədri: "İçməli suya olan əlçatanlıq Azərbaycanda 73,4 faiz, Avropa İttifaqında isə 95 faizdir"
"İçməli suya olan əlçatanlıq Azərbaycanda 73.4 faiz, Avropa İttifaqında isə 95 faizdir. Fasiləsiz su təminatı Azərbaycan üzrə 72.5 faiz, Bakı və Abşeronda, Siz də qeyd etdiniz, 70 faizdir. Bunun fərqli olmasının səbəbi son illərdə rayonlarda, bölgələrdə aparılan böyük quruculuq işləridir. Odur ki, orada fasiləsiz suya əlçatanlıq daha yüksəkdir".
BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
"Gördüyünüz kimi, bizdə sayğaclaşdırma Avropa İttifaqı ilə müqayisədə daha yüksək səviyyədədir - 91.9 faiz, təxminən 92 faizə çatmaqdadır.
Su itkilərimiz isə daha yüksəkdir. Su itkiləri faktiki olaraq 38.6 faizdir ki, bu, Avropa İttifaqında orta hesabla 22 faizdir. Bununla yanaşı, Siz də qeyd etdiyiniz kimi, bizim itkilərimiz 46 faizə yaxındır. Çünki bununla yanaşı, bir də daxili istismarda olan sular var, onlar da itki olaraq nəzərə alınır. Avropada bu, 3 faiz olduğu halda, Azərbaycanda 9 faiz səviyyəsindədir",- deyə Zaur Mikayılov bildirib.
Oxşar xəbərlər
Zaur Mikayılov: "Dövlət Proqramında, sadəcə, şəbəkələrin və magistralların genişləndirilməsi deyil, su mənbələrinin artırılması nəzərdə tutulub"
"Burada vacib olan məsələlərdən biri də Bakı şəhərində və Abşeron yarımadasında içməli suya tələbatın, xüsusilə də mənbələrimizin gələcək inkişafının nəzərə alı...